Rumıniyanın Azərbaycan təbii qazını əldə edəcəyi vaxt açıqlandı

  • 14:22 - 12 İyul

Azərbaycan təbii qazı 2022-ci ilin iyulunda Rumıniyaya çatacaq.

Avropa.info bildirir ki, bunu Rumıniyanın energetika naziri Vircil Popesku deyib.

Nazir bildirib ki, ona verilə məlumata görə, Yunanıstan-Bolqarıstan interkonnektoru 2022-ci ilin iyulunadək hazır olacaq və Şaquli qaz dəhlizi işə düşəcək.

Bu dəhliz vasitəsilə Azərbaycan qazı və Yunanıstan limanlarında mayeləşdirilmiş təbii qaz BRUA boru kəməri ilə Rumıniyaya çatacaq.


Oxunma sayı: 3389

Oxşar yazılar