Mingəçevirdə qadın kişini bıçaqlayıb - FOTO

  • 21:40 - 11 İyul

Mingəçevirdə ticarət mərkəzinin önündə 52 yaşlı kişi bıçaqlanıb.

Hadisə Mərkəzi Bazarın qarşısında hər kəsin gözü qarşısında baş verib.

Tərtər rayonundan olduğu deyilən 52 yaşlı Fəxri Qasımov kürəyindən bıçaqlanaraq ağır xəsarət alıb. Onun bir qadın tərəfindən bıçaqlandığı bildirilir. Yaralı ağır durumda xəstəxanaya çatdırılaraq dərhal əməliyyata alınıb. Hadisənin hansı zəmində baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(APA) 

 


Oxunma sayı: 2784

Oxşar yazılar