Bakıda maşın ustası müştərisini bıçaqladı

  • 10:52 - 11 İyul

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, paytaxtın Nəsimi rayonu ərazisində 1993-cü il təvəllüdlü Hacızadə Həsən Sədi oğlu bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol baldır nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. H. Hacızadənin dediyinə görə, avtomobilini təmir edən usta tərəfindən bıçaqlanıb.


Oxunma sayı: 3059

Oxşar yazılar