Sui-qəsdə məruz qalan prezident öldürülməzdən əvvəl işgəncəyə məruz qalıb: Qolu və sağ ayağını qıraraq...

  • 01:19 - 11 İyul

Haiti prezidenti Jovenel Moisenin öldürülməzdən əvvəl sui-qəsdçilər tərəfindən işgəncə gördüyü ortaya çıxıb.

Avropa.info xəbər verir ki, Haiti səlahiyyətliləri prezident Jovenel Moiseyə qarşı sui-qəsd istintaqı ilə bağlı son məlumatları paylaşıb.

İstintaqı aparan hakimlərdən biri olan Carl Henry Dest Haitinin "Haiti" qəzetinə açıqlamasında, Moise öldürülmədən əvvəl yataq otağında işgəncəyə məruz qaldığı, qızının dəhşət içində qaçdığı, oğlu və Prezidentin köməkçilərinin ağzlarını bağlayaraq yerə uzatdıqlarını deyib. İşgəncə nəticəsində Moisenin qolu və sağ ayağı qırılıb.

Milli Polis rəisi Leon Charles Moise sui-qəsdinin 26 Kolumbiyalı və Haiti əsilli iki ABŞ vətəndaşının daxil olduğu bir komando bölməsi tərəfindən həyata keçirildiyini bildirib.

Əməliyyatlar çərçivəsində polislə toqquşan 10 şübhəli öldürüldü və bu günə qədər 17-si kolumbiyalı olmaqla 19 nəfər nəzarətə alınıb.

Haitinin 53 yaşlı prezidenti Moise 7 iyulda silahlıların evinə etdiyi hücum nəticəsində öldürülüb. Həyat yoldaşı Martine Moise isə yaralanıb.

Müvəqqəti baş nazir Claude Joseph, Moisenin evində öldürülməsindən sonra ölkədə fövqəladə vəziyyət elan edib.


Oxunma sayı: 7767

Oxşar yazılar