Rusiya ilə görüşən Taliban heyəti mətbuat konfransı keçirib, vədlərini açıqladı : "Əfqanıstanın 85 faizi nəzarətimizdədir"

  • 17:20 - 10 İyul

Moskvada Rusiya rəsmi dairələri ilə görüşən Talibanın siyasi nümayəndə heyəti mətbuat konfransı keçirib. 

Avropa.info xəbər verir ki, Taliban siyasi nümayəndə heyəti, Dohoda bir razılığa gəlinərsə atəşkəsi qüvvəyə mindirə biləcəklərini deyib. Taliban heyəti eyni zamanda bəzi vədlər veriblər.

 "Dohadakı danışıqlar uğurlu olarsa, hücumlarımızı dayandıracağıq. Vaşnqtona hər hansısa bir məsələdə söz verməmişik. İŞİD-in Əfqanıstan ərazisində fəaliyyət göstərməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Narkotik istehsalını tamamilə ləğv etmək üçün var gücümüzlə çalışacayıq.

Etnik azlıqların hüquqlarına hörmət ediləcək və bütün Əfqanıstan vətəndaşları İslam qanunlarına və əfqan adət-ənənələrinə uyğun olaraq yaxşı təhsil almaq hüququna sahib olacaqlar", deyə Taliban heyəti bildirib. 

Taliban eyni zamanda Əfqanıstanın 85 faizindən çoxuna nəzarət etdiyini də qeyd edib.  


Oxunma sayı: 17645

Oxşar yazılar