Türkiyənin Vitse-prezidentindən AB rəsmisinə SƏRT CAVAB: "Türk milləti heç kimsədən haqq istəməz, haqqını da sökə-sökə alar"

  • 20:31 - 09 İyul

Türkiyənin Vitse-prezidenti Fuat Oktay Avropa Birliyinin Kiprdə bir həll yolunun olmamasının lazım olduğunu dilə gətirənlərə qarşı olduqlarını və Cənubi Kiprə səfər edən Avropa Komissiyasının sədri Ursula van der Leyenin açıqlamalarına etiraz etdiklərini bildirib.

Avropa.info xəbər verir ki, Fuat Oktay Avropa Komissiyası sədrinin  "Kiprdə iki bərabər dövlət və ya Kipr Türk tərəfindəki bir dövlət haqqında heç vaxt danışa bilməzsiniz" sözlərinə cavab olaraq, "Kiprin Türk tərəfində bir dövlət var. Bu dövlət müstəqildir, bu dövlət bərabərdir, güclüdür, dimdik ayaqları üzərində durur. Başqasının razılığına da ehtiyacı yoxdur", deyib.

Leyenin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında söylədiklərinə sərt reaksiya göstərən Oktay belə deyib:

“Türkiyə Cümhuriyyətinə, hələ Türkiyə Prezidentinə nə söyləyib, nə söyləməməsinin lazım olduğu kimi, yaxud necə davranıb, davranmasının vacibliyi kimi bir hədsizliyə heç kim qalxmasın".

Kiprin yerli xalqının ünsürünün türklər olduğunu və adanı sonradan işğal edənlərin adanın digər tərəfində olduqlarını söyləyən Fuat Oktay, “İşğalçılarla bir olub, sonrasında da burada 450 ildir var olan Kiprin əsas xalqının haqlarını vermək deyə, bir şey söhbət mövzusu ola bilməz. Türk milləti heç kimsədən haqq istəməz, haqqını da sökə-sökə alar. Bizim heç kimsədən haqq diləndiyimiz yoxdur", deyib.


Oxunma sayı: 3070

Oxşar yazılar