Taliban addım-addım Əfqanıstanı ələ keçirir- İranla sərhəddəki İslam Sərhəd Qapısını nəzarətə götürdülər

  • 00:50 - 09 İyul

Əfqanıstanda irəliləməyə davam edən Taliban qruplaşmasının ölkənin İranla sərhədindəki İslam Sərhəd Qapısını ələ keçirdiyi bildirilir.

Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, adının çəkilməməsini istəyən bir əfqan rəsmisi Talibanın qərbdəki Herat əyalətinə bağlı İslam Qalası keçid məntəqəsini nəzarətə götürdüyünü deyib.

İran mətbuatı da İslam Qalası Sərhəd Qapısının Taliban tərəfindən ələ keçirildiyini təsdiqləyərək, çoxlu sayda əfqan əsgərinin qaçaraq İrana sığındığını yazıb.

İslam Qalası Sərhəd Qapısı Herat vilayətindən 120 kilometr məsafədədir. 

Əfqanıstanda sülh prosesi qeyri-müəyyən olaraq qaldıqdan sonra, təhlükəsizlik qüvvələri ilə Taliban arasında şiddətli qarşıdurmalar davam edir.

Taliban iyun ayının son həftəsində başlatdığı hücumlarda Özbəkistan və Tacikistan sərhədindəki bütün bölgələri ələ keçirdi. Özbəkistana gedən ən vacib ticarət yolu olan Hayratan Sərhəd Qapısını iki istiqamətdən mühasirəyə alan Taliban, qüvvələrini cənub-qərbdə Qazni vilayətində cəmləşdirdi.

Anadolu Agentliyinin müxbirinin yerli rəsmilərdən aldığı məlumata görə, Taliban mərkəzləri də daxil olmaqla 407 rayondan 150-dən çoxunu ələ keçirib. 

Avropa.info


Oxunma sayı: 7041

Oxşar yazılar