Türkiyədə bir gündə 48 nəfər koronavirusdan ölüb

  • 23:30 - 08 İyul

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 48 nəfər həyatını itirib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

  •  

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 226 427 nəfər test edilib, onların 5171-nin koronavirus testi pozitiv nəticə verib, 5012 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 56 191 948 peyvəndin tətbiq edildiyi qeyd olunub.


Oxunma sayı: 2641

Oxşar yazılar