Ermənistan ordusuna məxsus postda baş verən partlayış nəticəsində əsgərlər arasında ölən və yaralananlar var

  • 18:55 - 08 İyul

Ermənistanın Ararat vilayətinin Armaş kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus hərbi hissənin 120 nömrəli postundakı blindajda güclü partlayış baş verib.


Avropa.info xəbər verir ki, bu barədə ölkə KİV-ləri məlumat yayıb. Yayılan məlumatda hadisə nəticəsində ölən və yaralananların ərazidən təxliyə olunduqları bildirilir. Yaralılar təcili yardım maşınları ilə hərbi tibb məntəqəsinə çatdırılıblar.


Ermənistan hadisə ilə bağlı hələlik rəsmi məlumat verməsə də, hərbi hissə komandanlığı və hüquq-mühafizə orqanlarının nümayəndələri ərazidə partlayışın baş verməsi səbəblərini araşdırırlar.


Oxunma sayı: 4654

Oxşar yazılar