"Şimali Kipr sizin sayənizdə dövlət oldu" - Ersin Tatar qazilərə səsləndi

  • 13:17 - 08 İyul

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Diyarbəkirdə Kıbrıs qaziləri ilə görüşüb.

Avropa.info xəbər verir ki, Diyarbəkir Şəhid Ailələrinə Yardım və Həmrəylik Dərnəyi (DİŞAD) mərkəzində təşkil edilən və yüzlərlə Kıbrıs qazisinin və çox sayda vətəndaşın qatıldığı tədbirdə çıxış edən Ersin Tatar 1571-ci ildən bəri Kiprdə Türk xalqının varlığı üçün bir mübarizə olduğunu və 20 iyul 1974-cü il tarixində bu mübarizədə ən əhəmiyyətli gün olduğunu qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il 20 iyul tarixində böyük bir heyətlə Kiprdə olacağını xatırladan Tatar, "Birlikdə 20 iyul və bayram günlərində milli maraqlarımızın qorunması istiqamətində yürütdüyümüz düzgün siyasəti qeyd edəcəyik", deyib.

"Əziz qazi qardaşlarım, biz sizi unutmadıq, unutmayacağıq. Şəhidlərimizi və qazilərimizi heç vaxt unutmayacağıq. Şimali Kipr sizin sayənizdə dövlət oldu. 
Prezident seçilməyimlə və Türkiyənin dəstəyi ilə Kiprdə yeni bir siyasət həyata keçiririk. Kiprdə bir həll yolu olacaqsa, bu iki suveren bərabər dövlətin əsasındadır. Federasiya oyunu ilə Türkiyənin adadan uzaqlaşdırılması istənilir. Buna heç vaxt icazə verməyəcəyik",-deyə bildirib. 

"Türkiyəni çox sevirəm" deyən Tatar, Şərqi Aralıq dənizində haqları üçün Türkiyə ilə mübarizəyə davam edəcəklərini söyləyib.


Oxunma sayı: 3653

Oxşar yazılar