Bu iki Avropa ölkəsini Türkiyə qoruyacaq: Təyyarələr hərbi bazaya endi - NATO AÇIQLAMA YAYDI

  • 10:30 - 08 İyul

Türkiyə və ABŞ-a aid hərbi təyyarələr Polşa və İslandiyada NATO-nun hava polisliyi vəzifəsinə başlayıb.

Avropa.info xəbər verir ki, NATO sözçüsü Oana Lungescu məsələ ilə bağlı açıqlamasında hava polisliyində iştirakları üçün NATO müttəfiqləri Türkiyə və ABŞ-a təşəkkür etdiklərini bildirib.

"Hava polisliyi səmalarımızı 24 saat boyunca təhlükəsizliyini təmin etməyimizə yardımçı olmaqdır. Bu, NATO-nun bütün müttəfiqlərini qorumaq bacarığını və qətiyyətini nümayiş etdirən ittifaq həmrəyliyinin bariz nümunəsidir",-deyə o bildirib.

NATO-dan verilən açıqlamaya görə, Türkiyənin dörd F-16 təyyarəsi hava məkanının təhlükəsizliyini təmin etmək üçün Polşa Hava Qüvvələri ilə işləmək üçün dünən Polşadakı Malbork aviabazasına gəlib. Türkiyə reaktiv təyyarələri və 80 köməkçi heyəti sentyabrın ortalarına qədər ərazidə qalacaq.

Bu gün 4 ABŞ F-15 təyyarəsi İslandiyadakı Keflavik hava bazasına endi. Almaniyadakı NATO Birləşmiş Hava Əməliyyatları Mərkəzindən təsdiq alındıqdan sonra Amerika təyyarələri İslandiyanın hava məkanını qorumağa hazır olacaq. 

NATO döyüş təyyarələri, NATO müttəfiqlərinin hava sahəsinin yaxınlığında şübhəli və elan edilməmiş uçuşlar baş verdiyi təqdirdə havaya qalxan 24 saatlıq bir missiya yerinə yetirir. 

2020-ci ildə NATO əsasən Rusiya tərəfdən NATO hava məkanına yaxınlaşan "naməlum" təyyarələri tutmaq üçün hava qüvvələrini Avropada 400 dəfə səfərbər edib.


Oxunma sayı: 2850

Oxşar yazılar