Faciəli şəkildə ölən futbolçunun bacısı intihara cəhd etdi: Vəziyyəti ağırdır

  • 10:51 - 08 İyul

Argentinadan həyəcan verici xəbər gəlib. 

Avropa.info lent.az-a istinadla bildirir ki, 2019-cu ilin fevral ayında təyyarə qəzasına ölən argentinalı futbolçu Emiliano Salanın bacıs Romina özünü öldürməyə cəhd edib. Xəstəxanaya yerləşdirilən qızın vəziyyətinin ağır olduğu bildirilir. 

Məlumata görə, Romina içkili vəziyyətdə özünü asmağa cəhd edib. Həkimlər onun həyatını xilas etməyə çalışırlar. 

Emilianonun ölümündən iki il yarım keçib. Xatırladaq ki, Uelsə uçduğu təyyarə radardan itən zaman futbolçu 15 milyona "Nans"dan "Kardiff"ə transferini tamamlamaq üzrə idi. Onun Uelsə uçan təyyarəsi radardan itir. Sonradan təyyarə La-Manş kanalında tapılır, fubolçunun cəsədi sudan çıxarılır. 

Faciədən sonra Romina sosial şəbəkələrdə doğum günündə də daxil olmaqla uzun müddət qardaşı haqqında mesajlar göndərməyə davam edirdi.


Oxunma sayı: 2674

Oxşar yazılar