Haiti BMT-ni Prezidentin qətlini araşdırmağa çağırır

  • 23:36 - 07 İyul

Haitinin baş naziri Klod Cozef beynəlxalq ictimaiyyəti ölkə Prezidenti Jovenel Moizin qətlini araşdırmağa çağırıb. Bu barədə “Reuters” xəbər verir. O, vəziyyəti müzakirə etmək üçün BMT-dən Təhlükəsizlik Şurasını çağırmağı xahiş edib.

Xatırladaq ki, Haiti Prezidenti iqamətgahında naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Prezident aldığı güllə yarasından ölüb, xanımı Martine Mouse isə xəstəxanada dünyasını dəyişib. Bu, 2017-ci ildə prezident vəzifəsinə başlamış Moizin həyatına ilk sui-qəsd deyil. O, 2018-ci il oktyabrın 17-də kütləvi mərasim zamanı da silahlı hücuma məruz qalmışdı. O vaxt yüngül yaralanan prezident təhlükəsiz yerə aparılmışdı. Həmçinin, onun üç mühafizəçisi də yaralanmışdı.


Oxunma sayı: 2751

Oxşar yazılar