"Taliban" Əfqanıstanın yarısına nəzarət etdiyini iddia edir

  • 22:30 - 07 İyul

“Taliban” terror qruplaşması Əfqanıstan ərazisinin yarısına nəzarət etdiyini bildirib.

Bunu jurnalistlərə “Taliban”ın Qətərdəki ofisinin nümayəndəsi Süheyl Şahin bildiririb.

Onun sözlərinə görə, son həftə ərzində Əfqanıstanın 398 rayonundan 162-sinə nəzarəti ələ keçiriblər. Qruplaşmadan bildirilib ki, ən çox Bədəxşan əyalətinin rayonlarına nəzarət edirlər. Məlumata görə, əyalətin 23 rayonu, o cümlədən Vakxan onların nəzarəti altındadır. Bu əyalət Tacikistanla sərhəddə yerləşir. İki ölkə arasında sərhədin uzunluğu 910 km-dir.

Əfqanıstan Müdafiə Nazirliyi isə bildirib ki, qurplaşmanın mövqelərinə endirdikləri hava zərbələri nəticəsində 261 taliban silahlısı ölüb, 200-dən çoxu yaralanıb.

Qeyd edək ki, iyulun 7-də Əfqanıstan hakimiyyətinin nümayəndələri ilə “Taliban” təmsilçiləri arasında danışıqlar başlayıb.(report) 


Oxunma sayı: 2828

Oxşar yazılar