İş günlərində dəyişiklik edildi - 4 gün istirahət olacaq
- 23:05 - 01 İyul
Baş nazir Əli Əsədov iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar imzalayıb.
Avropa.info xəbər verir ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iyulun 20 və 21-i ölkədə Qurban bayramı qeyd olunacaq.
Həmin günlər də Əmək Məcəlləsinə əsasən qeyri-iş günləri hesab edilir.