Azərbaycanlı məşhur limon satan uşağa 25 min manat verdi - FOTO

  • 17:43 - 01 İyul

Rusiyada yaşayan azərbaycanlı məşhur videobloqer Hüseyn Həsənovun (Quseyn Qasanov) növbəti addımı böyük səs-küyə səbəb olub.

Avropa.info xəbər verir ki, Hüseyn Rusiyada limon satan 13 yaşlı azərbaycanlı uşağa 25 min manat bağışlayıb. Bu barədə həmin şəxs Zaur Kamalın verilişində danışıb. Verilişə çıxan uşaq heç bir söz demək istəməsə də, Zaurun təkidi ilə həqiqəti açıqlayıb. 

Limon satan uşaq Hüseynin ona 25 mini nağd şəkildə verdiyi və artıq həmin pulu xərclədiyini deyib.


Oxunma sayı: 2542

Oxşar yazılar