Bakıda güclü külək fəsad törətdi: Sürət qatarı gecikdi

  • 10:01 - 30 İyun

Sumqayıt-Pirşağı-Bakı sürət qatarının hərəkətində problem yaranıb.

Avropa.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə sərnişinlər məlumat yayıblar. Belə ki, Sumqayıt stansiyasından 07:45-də çıxan Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən 6608 nömrəli sürət qatarı 08:35-də Bakıya çatmalı idi.

Lakin sürət qatarı yarım saatdan çoxdur ki, gecikir. Hələlik gecikmənin səbəbi bilinmir.

Sərnişinlərin sözlərinə görə, gecikmənin səbəbləri “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları tərəfindən araşdırılır.

Sumqayıt-Pirşağı-Bakı sürət qatarının gecikməsinin səbəbi açıqlanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, güclü külək Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb.

Hazırda bir xəttdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir.

Hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır.


Oxunma sayı: 1739

Oxşar yazılar