AVRO-2020: 1/4 finala çıxan bütün komandalar bəlli oldu

  • 10:34 - 30 İyun

İyunun 29-da futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Ukrayna millisinin İsveç yığması üzərində qələbəsindən sonra 1/4 finala çıxan bütün komandalar bəlli olub.

Avropa.info bildirir ki, 1/4 final mərhələsinə İsveçrə, İspaniya, Belçika, İtaliya, Çexiya, Danimarka, İngiltərə və Ukrayna vəsiqə qazanıblar.

İyulun 2-si Sankt-Peterburqda İsveçrə-İspaniya matçı, Münhendə isə Belçika-İtaliya matçı baş tutacaq.

Digər iki oyun - Çexiya-Danimarka və Ukrayna-İngiltərə - iyulun 3-ü Bakıda və Romada keçiriləcək.


Oxunma sayı: 1739

Oxşar yazılar