Naxçıvanda toylarda yemək verilməyəcək? - RƏSMİ AÇIQLAMA

  • 13:14 - 28 İyun

Son günlərdə internet resuslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə məlumatlar yayılıb.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin Avropa.info-ya verilən məlumata görə, yayılan informasiyalar həqiqəti əks etdirmir.

Bildirilib ki, ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək.


Oxunma sayı: 2784

Oxşar yazılar