Azərbaycanda ağır qəza - Sürücü və azyaşlı oğlu ölüb, ailə üzvləri xəsarət alıb

  • 17:58 - 28 İyun

Ucarda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

Avropa.info “report”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb.

Elçin Cəlilovun idarə etdiyi "Opel" markalı minik maşını Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində sürücü E.Cəlilov ölüb. Qəza zamanı habelə onun 2 yaşlı oğlu İlyas Elçin oğlu Cəlilov, həyat yoldaşı, 31 yaşlı Aysel Balay qızı Cəlilova və 45 yaşlı Zaur Balay oğlu Xəlilov çoxsaylı xəsarətlər alıblar.

Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Ağır dərəcəli bədən xəsarətləri alan 2019-cu il təvəllüdlü İlyas Elçin oğlu Cəlilov Ucar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

 


Oxunma sayı: 2124

Oxşar yazılar