Zaqatalada əməliyyat - 2 tona yaxın narkotik vasitə məhv edildi

  • 13:42 - 28 İyun

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Kürdəmir kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən məlumata görə, ümumi çəkisi 1 ton 900 kiloqram olan 2950 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.


Oxunma sayı: 2201

Oxşar yazılar