Zaqatalada 2 tona yaxın narkotik vasitə məhv edilib - FOTO

  • 10:46 - 28 İyun

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Kürdəmir kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən məlumata görə, ümumi çəkisi 1 ton 900 kiloqram olan 2950 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

Zaqatalada 2 tona yaxın narkotik vasitə məhv edilib - <span class=

Oxunma sayı: 3213

Oxşar yazılar