Azərbaycanda Hindistan ştammı var? - TƏBİB CAVAB VERDİ

  • 21:51 - 23 İyun

"Virusun müxtəlif ştammlarının müəyyənləşdirilməsi istiqamətində ölkəmizdə tədqiqatlar aparılır.

Avropa.info xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Bu günə kimi Hindistan ştammı rəsmi şəkildə qeydə alınmayıb. Bununla bağlı məlumat olduqda ictimaiyyətlə bölüşüləcək. Bununla belə epidemioloji vəziyyət nəzərə alınaraq müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunması tövsiyə olunur", - deyə sorğuya cavab olaraq qeyd olunub.


Oxunma sayı: 1068

Oxşar yazılar