İmişli “Asan xidmət”də “Birlikdə yaşadaq” adlı tədbir təşkil olunub - Foto

  • 20:56 - 23 İyun

İmişli “Asan xidmət”də “Birlikdə yaşadaq” adlı tədbir təşkil olunub.  

 Avropa.info xəbər verir ki, ötən gün İmişli rayonunda gerçəkləşən tədbir çərçivəsində könüllülər tərəfindən hazırlanan əl işləri sərgilənib və tamaşa nümayiş olunub. Açıq hava şəraitində və pandemiya qaydlarına uyğun olaraq təşkil olunan tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, “Yaşat” Fondunun rəhbəri Elvin Hüseynov, “Asan xidmət” mərkəzinin əməkdaşları və rayon ictimaiyyəti iştirak ediblər.  
 İmişli Regional “ASAN xidmət” mərkəzində keçirilən satış-sərgidə bir-birindən maraqlı əl işləri nümayiş olunub. Sərginin ərsəyə gəlməsində könüllülərə rayonun fəal gəncləri də dəstək olub. Onlar bu sərgidə müxtəlif mövzulara toxunublar. Burada hərbi vətənpərvərlik ruhunda ərsəyə gələn rəsm əsərləri və əl işləri üstünlük təşkil edib. Bu isə sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. “Birlikdə yaşadaq” adlı tədbir təkcə sərgi ilə yekunlaşmayıb. Könüllülər tamaşa səhnələşdirməklə də öz bacarıqlarını nümayiş etdiriblər. “Xalqıma xidmət edəcəyəm” tamaşası diqqətlə izlənilib. Qeyd edək ki, tamaşada iştirak üçün öncədən elan edilmiş bilet satışından, eyni zamanda rəsm sərgisindən əldə olunmuş gəlir “Yaşat” Fonduna ianə ediləcəkdir.


Oxunma sayı: 2949

Oxşar yazılar