Azərbaycanda abituriyentlər ən çox bu qrupu seçib

  • 18:30 - 23 İyun

Azərbaycanda abituriyentlərin ən çox hansı qrupu seçdiyi məlum olub.

Bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında bildirilib.

Belə ki, 2020-ci ildə abituriyentlərin 36.66%-i (30980 nəfər) I qrupa, 16.85%-i (14237 nəfər) II qrupa, 26.75%-i (22608 nəfər) III qrupa, 6.11%-i (5160 nəfər) IV qrupa, 68.65%-i isə (58018 nəfər) V qrupa, bunlardan isə 46491 abituriyent V qrupla yanaşı digər qruplardan birinə də ərizə verib.

Qəbul planının və abituriyent ərizələrinin son iki il üzrə müqayisəli təhlili (bax: cədvəl 1.10) göstərir ki, bu il ali təhsil müəssisələrinə qəbul planının 1.58% artmasına baxmayaraq, ərizələrin sayının 17.64% artması müsabiqə vəziyyətinin 15.82% artmasına səbəb olmuşdur. Müsabiqə vəziyyəti, III və IV ixtisas qruplarında azalıb, I, II və V ixtisas qrupunda isə artıb.


Oxunma sayı: 1123

Oxşar yazılar