NATO ilə Rusiya arasında İNSİDENT: Atəş açıldı, təyyarələr havaya qalxdı

  • 14:59 - 23 İyun

Qara dənizdə insident yaşanıb.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, Böyük Britaniyaya məxsus Defender esminetsinin Rusiyanın su sərhədlərini pozmasının qarşısı alınıb. Hadisə Fiolent burnunda baş verib.

Belə ki, Rusiyanın su sərhədlərinə 3 kilometr dərinliyə qədər daxil olan gəmiyə Qara dəniz donanmasının keşikçi gəmiləri tərəfindən xəbərdarlıq atəşi açılıb. Bundan nəticə hasil olmadıqda isə Su-24M təyyarələri tərəfindən 4 xəbərdarlıq xarakterli bomba atılıb.

Yalnız bundan sonra Defender gəmisi ərazini tərk edib.


Oxunma sayı: 8691

Oxşar yazılar