Bakıda güclü yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

  • 12:54 - 23 İyun

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsi Şağan yolunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Avropa.info-nun FHN-nin saytına istinadən xəbərinə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 12:43-də tam söndürülüb.

***

Bakının Mərdəkan şossesində yanğın baş verib, yolda sürət həddi endirilib

Mərdəkan şossesi Mərdəkan qəsəbəsi istiqamətində yol kənarından yanğın baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Avropa.info-ya bildirilib ki, yaranan tüstü yolda görüntünün məhdudlaşmasına səbəb olub.

Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bunu nəzərə alaraq Qala döngəsi Mərdəkan hissəsində sürətlər bütün zolaqlar üzrə 60 km/saata endirilib.


Oxunma sayı: 1442

Oxşar yazılar