Avropa Şurasının Baş katibi Ermənistandan mina xəritələrini TƏLƏB ETDİ

  • 16:20 - 23 İyun

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Ermənistandan Qarabağda basdırılmış minaların xəritələrini tələb edib.

Avropa.info xəbər verir ki, avropalı siyasətçi Azərbaycan ilə Ermənistan arasında 15 erməninin mina xəritələri müqabilində dəyişdirilməsini yüksək qiymətləndirib. 

"Münaqişə bölgəsindən olan bir şəxs kimi deyə bilərəm ki, minaların fəsadları 50 il, bəzən daha uzun davam edir, uşaqların, günahsız insanların həyatına son qoyur. Əlbəttə, saxlanılan şəxslərin taleyi hər kəs üçün narahatlıq doğurur. Amma biz mina xəritələrini də unutmamalıyıq. Bu xəritələrin verilməsi və minaların təmizlənməsi insanların öz evlərinə qayıtmasını sürətləndirəcək. Buna görə də mən tərəflər arasında həyata keçirilmiş bu razılaşmanı dəstəkləyirəm və gələcəkdə də bu cür razılaşmaların olacağına ümid edirəm",-deyə o qeyd edib.


Oxunma sayı: 1134

Oxşar yazılar