Rusiya nümayəndələrinin Azərbaycana biznes-missiyası təşkil olunub

  • 21:00 - 22 İyun

Azərbaycan-Rusiya İşgüzar Şurası və Rusiya Federasiyasının Rostov vilayətinin Ticarət və Sənaye Palatasının dəstəyi ilə Rostovdan olan müəssisələrin nümayəndələrinin Azərbaycana biznes-missiyası təşkil olunub.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, biznes-missiya çərçivəsində kənd təsərrüfatı, gəmiqayırma, logistika, balıqçılıq, tikinti və tibb sahələrində fəaliyyət göstərən Azərbaycan və Rostovdan olan müəssisələrin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib.

  •  

Rostovdan olan nümayəndə heyəti həmçinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıblar.

Rostovdan olan nümayəndələr biznes-missiya çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub.


Oxunma sayı: 1376

Oxşar yazılar