Moskvadan Paşinyanın qələbəsinə GÖZLƏNİLMƏZ REAKSİYA...

  • 15:29 - 21 İyun

Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov Ermənistandakı parlament seçkilərinin nəticələrinə münasibət bildirib.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, Kalaşnikov Koçaryanla müqayisədə Paşinyanın qələbəsinin daha çox arzulanan olduğunu söyləyib.

“Paşinyanın parlament seçkilərində qələbəsi Ermənistanla münasibətlərimizə çox az təsir göstərəcək. Çünki bu münasibətlər sınaqdan çıxıb və Dağlıq Qarabağa dair üçtərəfli razılaşma ilə möhkəmlənib. Koçaryan bizim köhnə dostumuz olsa da, onun blokunun parlamentdə əksər kürsülərə yiyələnməsi əlavə hərəkətlilik yarada bilərdi”- deyə deputat faktiki olaraq Paşinyanın qələbəsinin Moskva üçün daha məqbul olduğunu etiraf edib.


Oxunma sayı: 11408

Oxşar yazılar