Səslər tam hesablandı: Paşinyana təkbaşına hökuməti formalaşdırmaq üçün 0,08 faiz səs çatmayıb

  • 11:04 - 21 İyun

Ermənistanda növbədənkənar parlament seçkilərində səslərin 100 faizi hesablanıb.

Avropa.info-nun erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məlumata əsasən, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 53,92 faiz səs toplayıb. Paşinyanın partiyasına təkbaşına höküməti formalaşdırmaq üçün 0,08 faiz səs çatmayıb.

Səsvermədə ikinci yeri 21,04 faiz səslə Robert Koçaryanın "Ermənistan" bloku tutub.


Oxunma sayı: 6744

Oxşar yazılar