Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb

  • 23:17 - 20 İyun

Sabirabadda məzun olan qız bıçaqlanıb.

APA-nın  məlumatına görə, saat 08.00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində rayonun 5 saylı orta məktəbinin məzunlarının təşkil etdiyi tədbirdə bıçaqlanma hadisəsi baş verib.

Məzunların iştirak etdiyi məclisə yaxınlaşan Sübhan adlı şəxs Sabirabad sakini 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 1816

Oxşar yazılar