Ermənistandakı seçkilərin lkin nəticələri: Paşinyan böyük fərqlə öndədir - YENİLƏNİB

  • 02:41 - 21 İyun

Ermənistanda keçirilən parlament seçkisinin ilkin nəticələri açıqlanıb. 520 seçki məntəqəsinin nəticələri emal olunandan sonra vəziyyət belədir:

▪️ “Vətəndaş Müqaviləsi” (Paşinyan) - 58.5 %
▪️ “Hayastan” (Koçaryan) – 19.2 %
▪️ “Şərəfim var” (Sarqsyan) - 4.8%
▪️ "Çiçəklənən Ermənistan" (Tsarukyan) - 3.9 %

Artıq Paşinyanın partiyasının tam qələbə çalacağına demək olar ki, şübhə qalmayıb.
O, xalqa müraciətində qələbəsini elan edib və bildirib ki, yaxın günlərdə hökuməti formalaşdırmaq üçün "sağlam qüvvələrlə" məsləhətləşmələrə başlayacaqlar.
 

***

00:44

Ermənistanda keçirilən parlament seçkisinin ilkin nəticələri açıqlanıb. 268 seçki məntəqəsinin nəticələri (97.264 bülleten) emal olunandan sonra vəziyyət belədir:

▪️ “Vətəndaş Müqaviləsi” (Paşinyan) - 62.8 % (58.559 səs)
▪️ “Hayastan” (Koçaryan) – 17.5 % (17.004 səs)
▪️ "Çiçəklənən Ermənistan" (Tsarukyan) - 4.4 % (4281 səs)
▪️ “Şərəfim var” (Sarkisyan) - 3.7% (3646 səs)

***

23:35

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində ilkin nəticələr açıqlanıb. Nəticələrə əsasən, Nikol Paşinyanın partiyası liderdir.

Avropa.info bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Paşinyanın partiyası 58,04% səslə öndədir, Robert Köçəryanın bloku isə 22,01% səslə ikinci yerdədir.

Digər siyasi bloklar onlar üçün qoyulmuş 7 faizlik səs həddini keçə bilməyib.

***

21:00

Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin statistika açıqlanıb.

Avropa.info redaktor.az-a istinadən xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası saat 17.00-a qədər seçkilərdə iştirakın 38.17% təşkil etdiyini, 989.972 seçicinin səs verdiyini açıqlayıb. 

Xatırladaq ki, 2018-ci ilin dekabr ayında keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı saat 17: 00-a qədər səsvermə nisbəti 39,54% təşkil etmişdir. Saat 17.00-dək seçicilərin 40,15% -i İrəvanda, 29,41% -i Ermənistanın ikinci böyük şəhəri Gümrüdə, 37,62% -i isə Vanadzor şəhərində səs verib.


Oxunma sayı: 11342

Oxşar yazılar