Kür çayında batdığı deyilən 4 uşaq anası: "Məni axtarmayın, Bakıdayam”

  • 17:46 - 20 İyun

Salyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının Kür çayının kənd ərazisindən keçən hissəsində boğulmadığı məlum olub.

Avropa.info xəbər verir ki, "report"un məlumatına görə, o, səhər saatlarına yaxınlarına zəng edərək, Bakıya getdiyini bildirib. "Məni axtarmayın, Bakıdayam", - qadın deyib.

Bu səbəbdən onun Kür çayında axtarışları dayandırılıb. Qeyd edək ki, qadının Kür çayında boğulduğu ehtimal olunurdu. Buna səbəb A.Bəndəliyevanın "Mən özümü Kürə atacam" yazısının olması idi.

Qadının bundan narahat olan yaxınları dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər. Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Qeyd edək ki, A Bəndəliyeva ailəlidir, 3 qızı, 1 oğlu var.


Oxunma sayı: 1266

Oxşar yazılar