Ermənistanda əsgərlər zorla səsverməyə aparılır

  • 15:02 - 20 İyun

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan hərbi qulluqçuların zorla səsverməyə aparılması hallarından danışıb.

Trend-in məlumatına görə, bu barədə partiya üzvü öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, xüsusilə, Tavuşdakı hərbi hissələrdən birinin komandiri tabeliyində olanları Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyana səs verməyə məcbur edir. Xndzoreskdə (Syunik vilayəti) əsgərlərə N.Paşinyan adından dondurmanın paylanması iddia edilib.


Oxunma sayı: 1453

Oxşar yazılar