Kəlbəcərdə göldə boğulan kapitan dəfn olundu - FOTO - YENİLƏNİB

  • 12:18 - 19 İyun

Kəlbəcərdə göldə boğularaq vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu kapitan Fərzəliyev İlham Allahverdi oğlu torpağa tapşırılıb.

Avropa.info-nun "report"a istinadən məlumatına görə, kapitan İlham Fərzəliyev Göygöl rayon ərazisində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn olunub.

Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

10:42

Kəlbəcər rayon ərazisində Böyük Alagöl gölündə boğularaq ölən 1981-ci il təvəllüdlü, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun nəşi ailəsinə təhvil verilib.

Avropa.info "report"a istinadən xəbər verir ki, hazırda onunla ailəsinin yaşadığı Gəncə şəhərində vida mərasimi keçirilir.

Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və sakinlər iştirak edir.

O, Göygöl rayon ərazisində yerləşən Kəlbəcər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, İ.Fərzəliyev Kəlbəcər rayon Tövlədərə kənd sakinidir, ailəli olub və bir övladı var.

O, Vətən müharibəsinin iştirakçısı olub və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

image desc

 

image desc

Oxunma sayı: 2234

Oxşar yazılar