Quterreş ikinci dəfə BMT baş katibi vəzifəsinə seçildi

  • 20:30 - 18 İyun

BMT-nin baş katibi Antonio Quterreş ikinci müddətə baş katib vəzifəsinə seçilib.

Avropa.info bildirir ki, bu barədə BMT Baş Assamleyasının sədri Volkan Bozkır elan edib.

A.Quterreş bu vəzifəyə yeganə namizəd idi.

Qeyd edək ki, A.Quterreş ilk dəfə 2017-ci ildə BMT-nin baş katibi vəzifəsinə seçilib. O, bu vəzifədə 2026-cı ilin dekabrın 31-dək qalacaq.


Oxunma sayı: 3147

Oxşar yazılar