Yunanıstan şirkətinə xəbərdarlıq edildi: Azərbaycan qazının daşınması gecikməməlidir!
- 12:48 - 18 İyun
Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üzrə podratçı müəssisə olan Yunanıstanın J&P AVAX şirkətinə xəbərdarlıq məktubu göndərib.
Avropa.info bildirir ki, bunu Bolqarıstanın energetika naziri Andrey Jivkov deyib.
O bildirib ki, tikintinin başa çatması ilə bağlı razılaşdırılmış müddətə əməl olunmayacağı təqdirdə cərimə tətbiq olunacaq:
"Bunun baş verəcəyi təqdirdə Bolqarıstan tərəfi ləngimənin hər bir günü üçün 90 min avro məbləğində cərimənin tətbiq olunmasına başlayacaq. Bu xəbərdarlığın qeyd olunduğu məktub J&P AVAX şirkətinə göndərilib".
Qeyd edək ki, Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru tikinti mərhələsindədir və tikintinin 2021-ci ilin sonunadək başa çatması planlaşdırılır.