Ərdoğandan çox ÖNƏMLİ AÇIQLAMA - Şuşada Türkiyənin BAŞ KONSULLUĞU AÇILACAQ

  • 17:37 - 15 İyun

Bu gün fərqli bir həyəcan içindəyik. Əvvəllər verdiyimiz vədi yerinə yetiririk. 44 günlük müharibədən sonra Qarabağ sahiblərinin əlinə keçdi. Erməni vəhşiliyindən xilas oldu. Qardaşım fon olaraq mətbuat konfransında anlamlı bir yer seçib.  Bir tərəfdən İcra Hakimiyyətinin binası, digər tərəfdə ermənilərin yerlə yeksan etmək istədiyi bir binadır. 

Keçən il 10 dekabrda qəhrəman Azərbaycan Ordusunun Qarabağ zəfərinin sevincini Bakıda bölüşdük. O gün başqa bir coşğu var idi. 6 aydan sonra bu dəfə qədim Şuşa şəhərində olmaqdan məmnunam.

Avropa.info xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatı zamanı söyləyib.

Ərdoğan yaxın zamanlarda Şuşada Türkiyənin Baş Konsulluğunun açılacağını bəyan edib:

"Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq. Beləliklə, bölgədə fəaliyyətimizin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsini də təmin edəcəyik.

Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur koridoru layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq koridor açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir”.


Oxunma sayı: 7877

Oxşar yazılar