Makron İslamla bağlı açıqlamalarına görə Ərdoğana İZAHAT VERDİ- "Birlikdə hərəkət edə bilərikmi, bilmərikmi, baxacağıq..."

  • 01:48 - 15 İyun

"S-400-lə bağlı bizim düşüncəmiz nə idisə, eyni düşüncəmizi cənab Baydenə də söylədim. F-35 məsələsini də eyni şəkildə ifadə etdim".

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə keçirdiyi görüşdən sonra baş tutan mətbuat konfransında deyib. 

"S-400-ün gündəmə gəlməməsi mümkün deyildi. Əvvəlki düşüncəmizi bir daha Baydenin diqqətinə çatdırdım. Eyni zamanda F-35 məsələsində də fikirlərimizi ifadə etdik. Müdafiə sənayesində birlikdə nə edə biləcəyimizi danışdıq. Ancaq bu iş burada bitmir. Xarici İşlər və Müdafiə nazirlərimiz görüşəcək və İnşallah bu işi həll edəcəklər", deyə Ərdoğan bildirib.

Ərdoğan Fransa prezidenti Makronun İslam dini ilə bağlı söylədikləri fikirlərə görə bir izahat verdiyini, Suriya və Liviya məsələsində Türkiyə ilə birlikdə hərəkət etmək istədiyini deyib.

"Makron gələcəkdəki açıqlamalarında diqqətli olmalıdır. Fransada 760 min müsəlman var. Mərakeş və əlcəzairliləri də əlavə etsək daha böyük bir müsəlman varlığından söhbət gedir. Liviya və Suriya məsələsində xahişləri oldu. Birlikdə hərəkət edə bilərikmi, bilmərikmi, baxacağıq", deyə Türkiyə Prezidenti qeyd edib.

Avropa.info


Oxunma sayı: 10880

Oxşar yazılar