AVRO-2020 başladı: Türkiyə yığması ilk oyundan məğlub ayrıldı - YENİLƏNİB

  • 00:51 - 12 İyun

Romadakı "Olimpika" stadionunda İtaliya və Türkiyə yığmaları arasında ilk oyun İtaliya yığmasının qələbəsi ilə başa çatıb.

Avropa.info xəbər verir ki, İtaliya 3:0 hesabı ilə qalib gəlib.

***

11 iyun 22:51 

Futbol üzrə Avropa çempionatı başlayıb.

Avropa.info xəbər verir ki, turnirin açılış oyunu Romadakı "Olimpika" stadionunda İtaliya və Türkiyə yığmaları arasında olacaq.

Niderland Futbol İttifaqından Denni Makkelinin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayır.

Koronavirus pandemiyası səbəbindən təxirə salınan qitə çempionatına ilk dəfə ikidən çox ölkə ev sahibliyi edəcək. Oyunlar İtaliyanın Roma, İngiltərənin London, Niderlandın Amsterdam, Danimarkanın Kopenhagen, Rumıniyanın Buxarest, Macarıstanın Budapeşt, Rusiyanın Sankt-Peterburq, Almaniyanın Münhen, İspaniyanın Sevilya, Şotlandiyanın Qlazqo şəhərləri ilə yanaşı, Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.

Avropa çempionatı

A qrupu, I tur

23:00. İtaliya - Türkiyə

Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 9. Kenan Karaman, 10. Hakan Çalhanoğlu, 11. Yusuf Yazıcı, 13. Umut Meraş, 17. Burak Yılmaz (k).

İtaliya: 21. Canluici Donnarumma, 3. Corco Kyellini (k), 4. Leonardo Spinatsola, 5. Manuel Lokatelli, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 11. Domeniko Berardi, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi, 24. Alessandro Florentsi.
 

Hakimlər: Denni Makkeli, Hessel Stiqstra, Yan de Vris (Niderland)

Dördüncü hakim: Stefani Frappar (Fransa)

Roma, "Olimpiko" stadionu.

Qeyd edək ki, 24 yığma hərəsində 4 komanda olmaqla, 6 qrupda mübarizə aparacaq. 31 gün davam edəcək turnirdə ümumilikdə 51 oyun baş tutacaq. Qruplarını ilk 2 sıradan tamamlayan yığmalar, həmçinin dörd ən yaxşı qrup 3-cüsü 1/8 finala vəsiqə qazanacaq. Yarımfinal və final matçları Londondakı "Uembli" stadionunda oynanılacaq.

AVRO-2020-dəki yeniliklərdən biri də komandaların iştirak ərizəsindəki futbolçu sayının artırılmasıdır. Bu dəfəki turnirdə hər kollektiv 26 oyunçu sifariş edib. Onların 3-ü qapıçıdır.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

***

11 iyun

23:00. Türkiyə - İtaliya - 0:2 (İkinci hissə)
Qol: Demiral, 52 - avtoqol
Qol: İmmobile, 66 - İtaliya.
Qol: Insıgne, 79 - İtaliya.
Roma, "Olimpiko" stadionu
Baş hakim: Denni Makkelin (Niderland)


Oxunma sayı: 3246

Oxşar yazılar