Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Rusiya Patriarxına başsağlığı verdi

  • 13:16 - 11 İyun

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirillə başsağlığı verib.

Avropa.info bildirir ki, başsağlığında deyilir:

"Zati-müqəddəsləri,

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbər bizi dərindən kədərləndirdi.

Arxiyepiskop Aleksandrın fədakar əməyi, parlaq vaizlik istedadı, Azərbaycan-Rusiya dostluğunun, konfessiyalararası həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsi ona haqlı olaraq müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazandırmışdır. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq.

Zati-müqəddəsləri, bu kədərli anlarda ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin".


Oxunma sayı: 2685

Oxşar yazılar