Deputatdan müharibə veteranlarına verilən müavinətin məbləğinin artırılması ilə bağlı TƏKLİF

  • 12:55 - 11 İyun

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov müharibə veteranlarına verilən müavinətin məbləğini artırmağı təklif edib. 

Avropa.info-nun məlumatına əsasən, S.Novruzov xatırladıb ki, hazırda müharibə veteranlarına 80 manat müavinət verilir. 

“Bu müavinətin məbləği müəyyən ediləndə, kommunal qiymətlər indiki kimi baha deyildi. İndi isə kommunal xərclər çoxalıb. Buna görə təklif edirəm ki, müharibə veteranlarının müavinəti 130 manata qaldırılsın”, - deyə S.Novruzov əlavə edib. 


Oxunma sayı: 3378

Oxşar yazılar