"Röyters"dən Türkiyə SİHA-ları ilə bağlı SENSASİON ANALİZ - Qəzet bu texnologiyanın Qarabağdakı rolundan YAZDI

  • 15:09 - 11 İyun

Türkiyənin müdafiə sənayesində önəmli yer tutan pilotsuz uçuş aparatları (İHA və SİHA-lar) dünyanın gündəmində qalmağa davam edir. 

Avropa.info xəbər verir ki, son olaraq "Röyters"də Türkiyənin İHA bazarında önəmli aktyor halına gəlməsi ilə bağlı məqalə yayımlayıb.

Peter Apps tərəfindən qələmə alınan məqalədə heç bir ölkənin İHA dinamikliyindən Türkiyə qədər təsirli istifadə edilmədiyi yazılıb.

Türkiyənin "Bayraktar TB2" pilotsuz uçuş aparatları Qətər, Tunis və Ukrayna kimi ölkələrə sataraq, İHA bazarında əsas daşıyıcı halına gəldiyi də oxuculara çatdırılıb.

Piltosuz uçuş aparatlarının Türkiyənin xarici siyasəti ilə mükəmməl şəkildə uyğunluq göstərdiyini bildirən yazıda, "Türkiyənin İHA ixracatındakı uğurlarını görməkdən hər kəs məmnun deyil", detalı diqqət çəkib.

Məqalədə həmçinin Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarının Dağlıq Qarabağ münaqişəsində Azərbaycana önəmli dəstək verdiyi də xüsusi vurğulanarkən, mövzu ilə bağlı "Türk dronları erməni tanklarını məhv etdi" ifadəsi işlədilib.

Digər tərəfdən, Türkiyənin İHA və SİHA bazarındakı effektivliyinə dair məqalədəki başlıqlar belədir: 

"ABŞ və Qərbin Yaxın Şərqə olan marağı azaldıqca, Türkiyə Liviya, Suriya, Əfqanıstan və Qərbi Afrikadakı mövcudluğunu səssizcə artır. Bu varlıq eyni zamanda diplomatik, ticari və hərbidir. Türk silah və texnologiyasının tədarükü anlaşmanın önəmli bir hissəsini təşkil edir.

Türkiyə Bayraktar TB2'leri Qətər, Tunis və Ukrayna kimi ölkələrə sataraq, İHA bazarında böyük bir gücə çevrildi. Razılaşmaların hər biri Türkiyənin geopolitik əlaqələrini və maraqlarını da inkişaf etdirir.

Keçən il Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsində Türkiyənin dəstəyi Azərbaycanın döyüş sahəsindəki uğurunun açarı oldu. Türk İHA-ları döyüş sahəsindəki erməni tanklarını şiddətli bir şəkildə hədəf aldı. 

Türkiyənin İHA-lardakı ixrac müvəffəqiyyətini görmək hər kəsi məmnun etmir. Kanada, aprel ayında potensial İHA komponentlərinin Türkiyəyə ixracını əngəllədi. Qərb Ankaranın Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini alması üçün də sanksiyalar tətbiq etdi".


Oxunma sayı: 6942

Oxşar yazılar