Ərdoğan Makronla Qarabağı müzakirə edəcək

  • 00:10 - 11 İyun

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla Qarabağ, Suriya və Livandakı vəziyyətlə bağlı müzakirələr aparacaq.

Avropa.info xəbər verir ki, bu barədə Fransa rəhbəri Parisdə keçirdiyi mətbuat konfransında bildirib.

"NATO sammiti ərəfəsində Türkiyə Prezidenti ilə birbaşa görüşüm olacaq. Bu, bir sıra mövzularda fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir", - deyə Makron bildirib.

Qeyd edək ki, NATO-nun zirvə toplantısı iyunun 14-də Brüsseldə keçiriləcək.


Oxunma sayı: 2630

Oxşar yazılar