Kimsənin bilmədiyi OlAY: Ərdoğan onlara baxmayaraq, Ayasofyanı açdı - Baxın nə TƏKLİF ETDİLƏR...

  • 21:47 - 10 İyun

Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri İsmail Kahraman "Gerçek Hayat"həyat dərgisinə verdiyi müsahibədə Ayasofya ilə bağlı bilinməyən gerçəkləri anladıb.

Avropa.info xəbər verir ki, İsmail Kahraman Ayasofyanın içinə 1935-cə ildə qurulmuş körpülərin sökülməməsi və cami olaraq ibadətə açılmasının əngəllənməsi üçün ABŞ-dan ardı-arda 3 ayrı nümayəndə heyətinin gəldiyini və Türkiyəyə təkliflər etdiyini açıqlayıb.

İsmail Kahraman sensasion açıqlamalarının sonunda isə, "Tayyip Ərdoğan olmasaydı, Ayasofya açıla bilməzdi, aça bilməzdilər", açıqlamasını verib. 

İsmail Kahraman anlatdığı sensasion olayla Prezident Ərdoğanın kimlərə və hansı manelərə rəğmən Ayasofyanı açdığını bu sözlərlə açıqlayıb:

"Amerikadan 3 nəfərlik bir heyət gəldi. "Ayasofya qübbəsindəki şimşək ötürən çubuğu dəyişdirək. Buna 500 min dollar ayırırıq", dedilər. Biz də dedik ki, bizim o qədər pulumuz var, biz onu dəyişdirərik. Onu İstanbul surlarına verin. 

Bir həftə, 15 gün sonra bir heyət də gəldi. "Ayasofyanın qübbəsindəki mis tavanı dəyişdirək, 5 milyon dolları sizə verək", dedilər. Onlarda da, bizim o qədər pulumuz var, onu İstanbul surları üçün verin, o da tarixi əsərdir", dedik. 

Üçüncü bir heyət gəldi və o heyətdəki bir qız bu camiənin çox böyük sayğı duyduğu milliyyətçi bir adamın qızı idi, heyrətə düşdüm. Bütün təmir işlərini etmək üçün 5 milyon dollardan daha yuxarı bir təklif verdilər. Sırf körpü sökülməsin deyə. 1935-ci ildə qurulmuş körpünü sökmürlər. Tayyip Ərdoğan olmasaydı, Ayasofya açıla bilməzdi, aça bilməzdilər".


Oxunma sayı: 1640

Oxşar yazılar