Xeyli sayda təhsil işçisi vaksinasiyadan imtina etdi - SƏBƏB

  • 23:32 - 10 İyun

"Növbəti tədris ilində ənənəvi təhsilə qayıtmağın tərəfdarıyıq. Gündəlik vaksinasiya sayı kifayət qədər yüksəkdir".

Avropa.info "Report"a istinadən xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, 80 % təhsilalan və təhsilverən vaksinasiyadan keçibsə, yaxud immunitet formalaşıbsa, ənənəvi təhsilə qayıtmaq mümkün olar.

Nazir bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 38 185 təhsil işçisindən 24 502 nəfəri vaksinasiyadan keçib: "4620 nəfər koronavirusa yoluxduğuna görə peyvənd olunmayıb. İndiyədək 3 400 nəfər digər səbəblərdən, 3000-ə yaxın şəxs arayış gətirdiyinə görə vaksinasiya olunmayıb, 2500 nəfər isə imtina edib. Vaksin vurdurmayan insanların yoluxma riski yüksəkdir. Ona görə də çalışmaq lazımdır ki, tez bir zamanda peyvənd olunsunlar".


Oxunma sayı: 2355

Oxşar yazılar