Fulya Öztürk: İki həmkarımın ölüm xəbəri məni dərindən sarsıtdı

  • 18:46 - 10 İyun

İki həmkarımın, azərbaycanlı jurnalistlərin ölüm xəbəri hamı kimi, məni də dərindən sarsıtdı.

Avropa.info AZƏRTAC-a istinadən xəbər verir ki, bunu türkiyəli jurnalist, “CNN türk” telekanalının müxbiri Fülya Öztürk bildirib.

Erməni vəhşiliyinə qarşı səfərbər olmağın vacibliyini vurğulayan F.Öztürk deyib: “Buradan bütün dünyaya erməni vəhşiliyinin qarşısının alınması üçün səfərbər olmağın vaxtının çoxdan çatdığı mesajını vermək istəyirəm. Allahdan şəhidlərimizə rəhmət diləyir, media dünyasına və şəhidlərin ailələrinə başsağlığı verirəm”.


Oxunma sayı: 1244

Oxşar yazılar