Hava şəraiti ilə bağlı nazirlikdən XƏBƏRDARLIQ: Güclü külək əsəcək, leysan yağacaq

  • 15:57 - 10 İyun

Hava ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Avropa.info-ya verilən məlumata görə, iyunun 11-dən 14-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi,15-18, iyunun 12-i səhər yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir. 

İyunun 14-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


Oxunma sayı: 1310

Oxşar yazılar