Ermənistanda növbəti aksiya: Koçaryanın tərəfdarları saxlanıldı

  • 15:23 - 10 İyun

Ermənistan polisinin xüsusi təyinatlı qüvvələri sabiq prezident Robert Koçaryanın seçki blokuna daxil olan “Daşnaksütyun” partiyasının gənclər təşkilatının 10-a yaxın nümayəndəsini saxlayıb.

Avropa.info xəbər verir ki, həbslər baş nazir vəzifəsini icra edən Nikol Paşinyan əleyhinə aksiya keçirən zamanı baş tutub.

"Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı Nikol Paşinyanın bütün xəyanətlərini təqdim etmək istəyirdik. Dinc şəkildə etiraz etdik, amma polis yoldaşlarımızı həbs etməyə başladı. Bu uşaqlar müharibə zamanı "vətən" uğrunda vuruşdular", - blokun nümayəndəsi, deputatlığa namizəd Kristina Vardanyan bildirib.

Xatırladaq ki, bu gün aksiya iştirakçıları yolu bağlayıblar.


Oxunma sayı: 1189

Oxşar yazılar